Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İnsanda quduzluğun ən ilkin əlaməti

38 Baxış

Quduzluq insan üçün ölümcül təhlükəli xəstəlikdir. O təkcə çöl heyvanlarından yox, ev heyvanlarının da dişləməsindən ola bilər.

Turanmedia.az “Medicina”ya istinadən xəbər verir ki, terapevt Tatyana Maerenkova bu dəhşətli və bəzən sağalmaz xəstəliyin ən birici əlamətini sadalayıb.

“Peyvənd olunmamış istənilən heyvandan, hətta kiçik pişikdən belə quduzluq keçə bilər. Bu xəstəlik mərkəzi sinir sistemini zədələyir.

Virus ağız suyu, dişləmə, dəridən keçir, eləcə də açıq yara və gözlərdən də ötürülə bilər.
İnkubasion dövrü 2 həftədən 2 aya, bəzən hətta 1 ilə qədərdir.

Təəssüf ki, ilk simptomu adi qripə bənzəyir, qızdırma 38 dərəcəyə çatmır.

Baş ağrısı, ürəkbulanma, boğazda ağrı, bədəndə ağrı, qorxu, təşviş, bədənin qıcolması və s.
Dişləmə yerində iynəbatırma, yanma hissi olur.

Daha sonra, məsələn 2 həftə sonra quduzluğun klinik simptomları başlayır: ağızdan su axma, titrəmə, qızdırma, tərləmə, hallüsinasiyalar, sudan qorxmaq, havaya çıxa bilməmək, sinir oyanıqlığı, qeyri-iradi davranış.

Letal sonluq ürək-tənəffüs sisteminin iflici nəticəsində baş verir.

Ona görə it dişləməsi zamanı həmin saat xəstəxanaya çatdırılıb xüsusi immunoqlobulin vurmaq lazımdır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678