Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qəbələdə dağlıq ərazidə yanğın məhdudlaşdırılıb

39 Baxış

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Turanmedia.az Tns.az-a istinadən xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda ərazidə soyutma tədbirləri həyata keçirilir.

Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678