Gündə 3 əncir yeməyin inanılmaz faydası
11 Baxış

Əncirin meyvəsi də, yarpağı da, südü də, qurusu da faydalıdır. Mövsümüdür, günə üç əncir yeyin.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu sözləri fitoterapevt Dr. Elnur Eldaroğlu deyib. Ekspert bildirib ki, İbn Sinaya görə, əncirin süd şirəsi sidikqovucu təsirə göstərir, həm də böyrəklərdəki qumu əridir.
“Onun südü əqrəb sancmasına da kömək еdir. Yеməkdən əvvəl əncir yеyilərsə, adamı kökəldir və mədəni yumşaldır.
Əncir ödqovucudur və qara ciyəri möhkəmləndirir. Süd içə bilmirsinizsə, əncir yeyin. Əncirin tərkibində olan yüksək miqdarda kalsium, fosfor sayəsində sümük və dişləri möhkəmləndirir.
İshalla müşayiət olunan bağırsaq xəstəlikləri zamanı istifadə etmək məsləhət deyil”, – o, yekunda vurğulayıb.