Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BMT qeydə alınan rekord isti havanı yeni norma adlandırıb

37 Baxış

iyul və avqust aylarında Şimal yarımkürəsinin bir sıra regionlarında hökm sürən isti və quraq gözlənilməz olmayıb.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Meteorologiya Təşkilatı iqlim üzrə eksperti Alvaro Silva Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, qeydə alınan temperatur yeni normadır və bu, sürpriz deyil.

Ümumdünya Meteorologiya Təşkilatı yeni normanın istixana qazlarının iqlim dəyişikliyinə gətirib çıxardığını deyib.

Təşkilatın yaydığı bəyanatda iyul ayı tarixdə ən isti ay olub və isti hava bütün avqust boyunca davam edəcək.

Bu fonda təşkilat milli meteorologiya və hidroloji xidmətlərin rəsmi xəbərdarlıqlarına əməl etməyin vacibliyini vurğulayıb.

Təşkilat bildirir ki, Avstriya, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Polşa, Xorvatiya, Fransa və İsveçrə də daxil kəskin istilik xəbərdarlığı edilib. Həmçinin, Fransa meteorologiya xidməti ölkənin cənubunda bəzi ərazilərdə temperaturun +40 dərəcəyə çatacağını proqnozlaşdırıb. İsveçrəli meteoroloqlar isə öz növbəsində ölkənin əksər hissəsində proqnoz ediblər.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678