Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanın ən gənc generalından AÇIQLAMA

44 Baxış

“Mən bu gün çox qürurlanıram ki, Vətən Müharibəsində Xudafərin körpüsünün və ətraf ərazilərin və Zəngilan şəhərinin işğaldan azad olunmasını Cənab Ali Baş Komandana məruzə etmək mənə qismət olub. Buna görə çox xoşbəxtəm”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor rütbəsinə layiq görülən Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı Babək Ələkbərov Bizim.Media-ya açıqlamasında bildirib.

Azərbaycanın ən gənc generalı, 35 yaşında bu yüksək rütbəyə layiq görülən Babək Ələkbərov Ali Baş Komandanın bu yüksək etimadını həmişə doğruldacağını qeyd edib.

“Mən bundan sonra da Cənab Ali Baş Komandanın verdiyi bütün xüsusi tapşırıqları bütün güc və məsuliyyətimlə yerinə yetirməyə hazıram”, – Babək Ələkbərov əlavə edib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678