Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?

9 Baxış

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.

Turanmedia.az Pravda.az-a istinadən xəbər verir ki, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyev əvəzləyəcək.

Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.

Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.

Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.