Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsinin şəhidləri unudulmur

234 Baxış

Vətən müharibəsinin şəhidləri unudulmur.

Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Yalçın Azad oğlu İsmayılovun Mingəçevir şəhərində adı bulaq ilə əbədiləşib. Yalçın Azad oğlu İsmayılov Mingəçevir 11 saylı məktəbin məzunu olub.O, həm də idmançı idi. Onun böyük arzuları var idi. Futbol üzrə yeniyetmələrdən ibarət komandada qapıçı idi.1992 ci ildə o da müharibəyə yollanıb .Cəbhədə olarkən göstərdiyi igidliyinə görə yaşıdlarından seçilib. Ağdərə-Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin adının əbədiləşdirilməsi onun anasının çoxdankı arzusu olub. Ancaq bu ana 5 övlad anası olsada o 3 oğul övladını itirib. Yalçın şəhid olub ,digər iki oğlu isə gənc yaşlarından dünyadan köçüblər. Ana şəhid övladının adını nəvəsinə vermişdi onu yaşatmaq üçün lakin ananın 18 yaşlı Yalçını da faciəvi şəkildədünyasını dəyişir. Ananın arzusunu “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov reallaşdırıb. Səmayə ana deyir ki,indi həyətimdə bu bulağı görəndə elə bilirəm Yalçınım ordan mənə baxır. Təskinliyini bu bulaqdan alan ana bu gün oğlunun bulaq açılışında iştirak edib. Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi

iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı,ehtiyatda olan zabit , Seymur Hidayətov,şəhid ailələri və qazilər, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Uşaq Gənclər İnkişaf mərkəzinin üzvüləri, şəhidin məşqçi müəllimi, Şəhid anaları cəmiyyətinin sədri İranə Həsənova və digər iştirakçılar bulağın açılışında iştirak ediblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edən şəhidlərimizin şərəfli döyüş yolundan danışılaraq, onların əbədi olaraq yaddaşlara yaşayacaqları və tarixin bütün dövrlərində minnətdarlıqla anılacaqları bildirilib.

Qeyd edək ki,birinci Qarabağ döyüşlərində Mingəçevir 323 şəhid verib.104 nəfər isə itkin düşüb. Ölkə başçısının sərəncamı ilə onların 4-ü “Azərbaycanın Milli Qəhrəmanı” adına, 7-si “Azərbaycan Bayrağı Ordeni”nə, 4-ü isə “İgidliyə görə medalı”na layiq görülüb.44 günlük Vətən müharibəsində Mingəçevir 54 şəhid verib.

Esmira Hidayətova,Mingəçevir.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678