Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu meyvə sağlam dəri rəngini geri qaytaracaq

36 Baxış

Sağlam qidalanma insan orqanizmində qocalma prosesini ləngidə bilər, hətta bəzi meyvələr var ki, sağlam dəri rəngini geri qaytarır və müəyyən qədər cavanlaşdırıcı təsir göstərir.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə diyetoloq Zoya Boqdanova məlumat verib.

“İnsan bədənində həddindən artıq miqdarda sərbəst radikallar oksidləşdirici stressə və yaşlanma proseslərinin sürətinin artmasına səbəb ola bilər. Düzgün qidalanma bu riski azaldır.

Gözəllik və gənclikdən danışsaq, gavalı üzün dərisi üçün faydalıdır. O, A və B qrupunun vitaminləri ilə zəngindir, tərkibində çoxlu maqnezium, dəmir, kalsium, həmçinin sərbəst radikalları zərərsizləşdirən maddələr var. Odur ki, ki, gavalıdan istifadə qocalma prosesini, yəni hüceyrələrin oksidləşməsini ləngidir, həm də dəri elastikliyini bərpa edir. Nəticədə dəri daha hamar və elastik olur”, – dietoloq “Sputnik” radiosuna müsahibəsində bildirib.

Ancaq hər yerdə olduğu kimi burada da ölçünü bilmək lazımdır. Dietoloq izah edib ki, əgər siz gündəlik 300 qram aşağı glisemik meyvə, o cümlədən gavalı yeyirsinizsə, bu, dəri və dəriyə optimal müsbət təsir göstərəcək.

Çoxları pəhriz əlavələri və gialuron turşusu köməyi ilə gəncliyini qorumağa çalışır. Bununla belə, kosmetoloqun fikrincə, onlar istənilən effekti vermirlər. Üstəlik, pəhriz əlavələri böyrəklərə böyük bir yük yaradaraq bədənə zərər verir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678