Yardım göndərdik, separatçılar təhdidə başladı
6 Baxış

Qarabağda yaşayan erməni separatçıların bir qismi Azərbaycanın humanitar yardım addımına qarşı aqressiv münasibət göstərməyə başlayıb.
Turanmedia.az axar.az-a istinadən xəbər verir ki, Qarabağda yaşayan separatçı David Minasyan özünün Feysbuk səhifəsində “Türk çörəyinə əsla ehtiyacımız yoxdur. Əgər “artsax”a girsələr, bu maşınları məhv edəcəyik” paylaşımını edib.
Minasyan eyni zamanda Azərbaycanın humanitar yardımının Xankəndiyə girişini əngəlləmək üçün hamını “oyanmağa” çağırıb.