Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Arutyunyanın oğlu Gündüz Ağayev: yandaşlarını da bir daha ifşa etdi

37 Baxış

Nəhayət, karikaturaçı Gündüz Ağayev mahiyyətini, məqsəd və məramını tam çılpaqlığı ilə ortaya qoymuş oldu. Əslində, bilərəkdən və ya bilməyərəkdən özünü ifşa etdi. Guya indiyə qədər ərsəyə gətirdiyi “işlər” ədalət naminə imiş. Guya azərbaycanlıların yaxşılığını istəyirmiş. Məlum olur ki, çəkdiyi rəsmlər, sadəcə, müqəddimə idi. Auditoriya toplayır, gəlişi gözəl sözlər kimi, cazibədar karikaturalar hazırlayır və məqam çatdıqda, əsas olan missiyasını – havadarlarına xidməti yerinə yetirir. Özü də elə bir mövzuda mahiyyətini ortaya qoyur ki, ölkədə bu yöndə fərqli qütblərdə dayananlar bütün fərdlər, təşkilatlar eyni amal uğrunda fəaliyyət göstərir və göstərməlidir də.

Qarabağ mövzusu 10 milyon azərbaycanlının deyil, dünya azərbaycanlılarının ən ümdə mövzularından biridir və ya birincisidir. Üstəlik, Xankəndiyə göndərilən TIR-lar dövlətin ərazi bütövlüyü və təhlükəsizliyi istiqamətində atılan addımdır ki, buna nəinki daş, heç tük də atılmamalıdır.

Bir nəfər yaxşı yazmışdı: Arutyunyanın oğlu Gündüz Ağayev. Doğru da qeyd etmişdi. Belə insanın ünvanına ola bilsin, təhqir niyyəti ilə yazılan cümlədir. Amma inanın ki, gündüzkimilər üçün bu tərif iltifatdır. Onlar elə sevinir ki, havadarlarının istədiyi “medalı”, “iltifatı” əldə edirlər. Biz görmüşükmü, Avropada və ya digər onların dili ilə desək, əziz-xələf Qərbdə insan haqlarını tapdaq altına alan hadisələr baş verdikdə, Arutyunyanın oğulları hansısa “sənət əsəri” ortaya qoysunlar?! Axı onlarkimilər həmişə siyasi əxlaqdan, şərəfdən, haqq-ədalətdən dəm vurur. Ədalət, şərəf, əxlaq bu işin harasındadır.

Keçən dəfə gündüzkimilərin yandaşlarından biri Pakistandakı müsəlmanların kilsəyə hücumunun, xristianlar üçün müqəddəs sayılan İncili yandırmasının görüntülərini paylaşır. Amma buna qədər müsəlmanların müqəddəs saydığı Quranın ardıcıl yandırılmasına isə bir öskürəklə reaksiya vermir. Davamlı olaraq müsəlmanlar provakasiyaya çəkilir, dəfələrlə müsəlmanlar səbir göstərir, nəhayət, təhqirlərə dözə bilməyən insanlar təxribatın qurbanı olur. Bunu isə ədalət carçıları dərhal paylaşır və guya ifşa edirlər. Edirlər, bəli, amma özlərini…
Bunlar kimilərin fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, hamısının mahiyyətini sezmək mümkündür. Guya qarınlarının ağrısı insanların rifahı, azadlığıdır. Nə zaman sağlam təkliflə çıxış etdiklərini görmüşük?! Dağıdıcı, inkişaf gətirməyəcək fikirləri ilə – əgər buna fikir demək mümkündürsə – havadarlarının əlinə oynayırlar və istədiklərini qismən əldə edirlər. O mənada ki, maddi yöndə qazanırlar.

Azərbaycan xalqı sayıqdır, kimlərin nəyə xidmət etdiyini görür və görməkdədir. Bəlkə də o karikaturaçının həmin rəsmi çəkməyi yaxşı oldu ki, hər şey daha da aydınlaşdı.

Zamanında politoloq Vəfa Quluzadə elə AzadlıqRadiosunun efirində onları ifşa etmişdi.
Mərhum ekspert belə deyirdi: “Sizin radionuz da Amerikanındır. Hamınız Ermənistana bəraət qazandırmaq istəyirsiniz. Onları doğru çıxarmağa çalışırsınız. Bizə divan tutmaları, qanun pozmaları nəzərə alınmır. ABŞ Konqresində erməni kokası var. Sizi onlar maliyyələşdirir. Bu, həqiqətdir”.

Bəli, Vəfa müəllim qarşı tərəfi mahiranə nokaut vəziyyətinə salmışdı. Xidmətçi jurnalist isə hıqqana-hıqqana qalmışdı. İndi elə həmin mətbu orqana işləyən Arutyunyanın oğlundan – təbii ki, söhbət karikaturanın müəllifindən gedir, başqa nə gözləmək olardı ki?!  / olke.az /

Foto və məqalənin müəllifi: Samir Mirzə (Miri)

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678