Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə iki şəhid haqqında film təqdim olunub

119 Baxış

Mingəçevir Gənclər Evində Mingəçevirin igid şəhidləri Niyazi İsgəndərov və Təbriz Cüməzadənin xatirəsinə həsr edilmiş filmlərin təqdimat mərasimi keçirildi.
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi (ASGA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti sənədli filmini təqdim edib.
Turanmedia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov bu günə qədər 14 film ərsəyə gətirdiklərini deyib: “Şəhid Niyazi İsgəndərov ilahidən taleyinə yazılan qısa, lakin şərəfli ömür payını sevə-sevə yaşayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Suqovuşan döyüşləri zamanı şəhadətə yuksəlib.
Azərbaycan Ordusunun əsgəri olan Təbriz Cüməzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Təbriz Cüməzadə noyabrın 8-dən 9-na ötən gecə Şuşa-Xankəndi istiqamətində gedən döyüşlər zamanı düşmənin snayperdən atəş açması nəticəsində həlak olmuşdur.Təbriz Mingəçevirin 44-cü şəhididir.
Təqdimat mərasimində İMD-nin sədri Emil Əkbərov çıxış edərək şəhidlərin ailə üzvlərinə başsağlığı verib və dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib
Daha sonra şəhidlərin valideyinləri Şəhid Niyazi İsgəndərovun atası Şahvələd İsgəndərov və Şəhid Təbriz Cüməzadənin atası İldırım Cüməzadə çıxış edərək filmin texniki heyətinə, Agentliyə, ASGA rəhbərliyinə təşəkkür ediblər.
Film geniş ictimayyətə təqdim olunub.
Məlumat üçün qeyd edək ki, təqdimat mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi Seymur Hidayətov, Şəhər YAP təşkilatının rəhbəri Bəxtiyar Mustafayev, BİG Group rəhbəri Emil Əkbərov, QHT və media nümayəndələri, şəhid ailələri və Qazilər iştirak ediblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678