Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Parkinson xəstəliyinin diaqnozunda ciddi irəliləyiş

26 Baxış

Dünyada milyonlarla insanın əziyyət çəkdiyi parkinson xəstəliyinin erkən diaqnozunda ciddi nəticə əldə edilib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, ABŞ mütəxəssisləri xəstəliyin diaqnozu ilə bağlı yeni formulun tapıldığını açıqlayıb.

Bildirilib ki, qan testi ilə vaxtında təspit edilən xəstəliyin müalicəsində xeyli irəliləyiş ola bilər.

Araşdırmaçılar LRRK2 adlı mutasiyanın parkinson xəstəliyi riskini artırdığını müəyyənləşdiriblər. Bu yolla həmin xəstəliyin diaqnozunun vaxtında qoyulması mümkün olacaq. Hazırda parkinson diaqnozunu sadəcə xəstəlik əlamətləri olan şəxslərdə qoymaq mümkündür.

Əlamətlərin ortaya çıxdığı pasientlərdə isə artıq sinir sistemi ciddi zədələndiyi üçün müalicəsi mümkün olmur. Erkən diaqnozla xəstəlik sinir sisteminə zərər vermədən müalicə oluna bilər.

Qeyd edək dünyada 10 milyondan çox parkinson xəstəsi var. Bu xəstəliyin əlamətləri əsməcə, nəzarətsiz hərəkətlər, yorğunluq və sairdir, müalicəsi yoxdur.

İnsan beynində dopamin istehsal edən hüceyrələrin cəmləşdiyi qara substabsia adlanan bölgələr var. Bu bölgələrdə istehsal olunan kimyəvi maddə olan dopamin insanın hərəkətlərini idarə etməsinə imkan verən striatum adlanan beyin bölgələri arasında əlaqəni təmin edir. Xəstəlik genetik keçmişi olan ailələrin üvzlərində daha gənc yaşda başlayır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678