Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda bir sinfin bütün məzunları ali məktəbə qəbul olub

39 Baxış

Biləsuvarda orta məktəbin bir sinfinin bütün məzunları qəbul imtahanında uğurlu nəticə göstərib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin 11a sinfinin məzunlarının hamısı (19 nəfər) ali məktəbə qəbul olub.

Onlardan bir nəfəri Azərbaycan Dillər Universitetinin, bir nəfəri Bakı Slavyan Universitetinin, beş nəfəri Bakı Dövlət Universitetinin, bir nəfəri Xəzər Universitetinin, beş nəfəri Lənkəran Dövlət Universitetinin, üç nəfəri Dövlət İqtisad Universitetinin, bir nəfəri İdarəçilik Akademiyasının, bir nəfəri Azərbaycan Dövlət Pedaqoji Universitetinin və bir nəfəri Dövlət Sərhəd Xidmətinin Akademiyasının tələbəsi adını qazanıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678