MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi atəşə tutulmaqda davam edir
9 Baxış

Hazırda Ermənistan silahlı qüvvələri tərəfindən Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində mövqelərimizin atəşə tutulması davam edir.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür:
“Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”- deyə məlumatda deyilir.