Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Abral Academy” 2 yaşını qeyd etdi

234 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevir şəhərində fəaliyyət göstərən “Abral Academy” bu gün 2 yaşını qeyd edib. Bu münasibətlə kursun həyətində düzənlənən tədbirdə “Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov çıxış edərək qeyd etdi ki,2 il öncə akademiyanın təməlini atarkən demişdik ki, devizimiz belədir: “Fərqi öyrən!”, “Hər şey sizin üçündür! Bəli, bu gün biz 53 nəfər müəllim kollektivi və 500 nəfər tələbə kollektivi ilə 2 yaşımıza çatdıq.İlk fəaliyyətə başladığımız gündən başladığımız devizlə davam edirik. Mənə elə gəlir ki, gün gələcək nəinki Mingəçevirin hətta Azərbaycanın bütün seçmə tələbələri və müəllimləri bizimlə birlikdə olacaqlar”.
Daha sonra tədbirə qatılan qonaqlar çıxış edərək akademiyanın fəaliyyətinə uğurlar arzulayıb,təbriklərini çatdırıblar.
Tədbir şirniyyat stolu ətrafında başa çatdı.
Qeyd edək ki, “Abral Academy”nın təsisçisi və direktoru Tural Abdurahimov 2008-ci ildən xaricdə Azərbaycanı təmsil edir. O, Türkiyə, İngiltərə və Amerikada təhsil alıb. Bir müddət Amerikanın MiT Universitetində işləyib və 2017-ci ildə Azərbaycana qayıdıb. Onun dediyinə görə, akademiya fəaliyyətinə ilkin olaraq 12 müəllimlə başlayıb.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678