Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mingəçevirdə səyyar görüşlər davam edir

42 Baxış

Mingəçevirdə səyyar görüşlər davam edir.

Turanmedia.az xəbər verir ki, Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Mingəçevir Şəhər İcra Hakimiyyəti rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. İcra başçısının və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar da keçirilir.

Şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti qəbul şəhərin Vaqif Abdullayev 4 ünvanında keçirildi. Səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul nümayəndələri,ŞPŞ rəisi Ədalət Əliyev, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçiləri iştirak edib. Səyyar qəbulda sakinlərin söylədikləri arzu və təkliflər, qaldırdıqları məsələlər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678