Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabadda narkokuryerlər saxlanıldı

46 Baxış

Cəlilabadda saxlanılan narkokuryerlərdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Araşdırmalarla onların həmin narkotik vasitələri satışının təşkil olunmasından ötrü paytaxt ərazisinə gətirmək tapşırığı aldıqları müəyyən edilib.

Turanmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Tns-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Bəhruz Hüseynov və Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Cavid Bayramov saxlanılıblar.

Cəlilabad şəhəri ərazisində saxlanılan həmin şəxslərdən 5 kiloqram 300 qram heroin, 8 kiloqram 300 qram marixuana, əlavə olaraq metamfetamin və 100 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı B.Hüseynov və C.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İranda yaşayan narkotacir tərəfindən narkokurerliyə cəlb edildikləri müəyyən edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678