“Yük qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb”- ADY-dən zəlzələ ilə bağlı açıqlama
9 Baxış

Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda – Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra ADY müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır.
Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Facebook”da məlumat yayıb.
İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb.