Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mütəxəssis bədəni gənc saxlamağın sirrini açdı

32 Baxış

Sağlam qidalanma mütəxəssisi Artyom Verisin sözlərinə görə, bədəni gənc saxlamaq üçün 30 yaşdan sonra rasionu yenidən nəzərdən keçirmək lazımdır.

Turanmedia.az Publika.az-a istinadən xəbər verir ki, Gazeta.ru-ya danışan ekspert qeyd edib ki, söhbət avokado, badımcan, qoz-fındıq, göbələk və qlisemik indeksi aşağı olan digər qidalardan gedir. Onun fikrincə, bu məhsullar gündəlik qidalanmanızın əsasını təşkil etməlidir. Veris həmçinin kolbasa, sosiska, ət konservləri, donuz və mal ətini daha təhlükəsiz və faydalı məhsullarla əvəz etməyi şiddətlə tövsiyə edib.

“Yarımfabrikat məhsulların həddən artıq yeyilməsi hipertoniya, ürək-damar xəstəliklərinin və 2-ci tip diabetin inkişafına səbəb ola bilər. Qaynadılmış və ya bişmiş hinduşka, toyuq və mal ətinə üstünlük verməyi məsləhət görürəm”, – mütəxəssis yekunda deyib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678