Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Oğurluqda və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinənlər tutulub

38 Baxış

Hacıqabul Rayon Polis Şöbəsinə Aztelekom İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatorunun oğurlanması barədə məlumat daxil olub.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar.

İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, qabaqcadan əlbir olaraq Atbulaq kəndi ərazisində yerləşən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlər nəticəsində generatorun satıldığı ünvan da müəyyən edilib və maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbirləri zamanı isə rayon ərazisində qanunsuz olaraq odlu silah və sursat saxlamaqda şübhəli bilinən iki nəfər – əvvəllər də məhkumluq həyatı yaşayan Mirqadir Həşimov və Pərviz Quliyev saxlanılıb. Hər iki şəxsdən narkotik vasitə olan heroin, eləcə də lüləsi və qundağı kəsilmiş və atəşə yararlı odlu silahlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, polis əməkdaşlarının son günlərdə keçirdikləri tədbirlər zamanı 7 rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri də götürərək barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Aşkarlanan bütün faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678