Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Yay düşərgəsi” Mingəçevirdə!

215 Baxış

“Yay düşərgəsi” Mingəçevirdə!

Turanmedia.az xəbər verir ki, bu gün Futbolun İnkişaf Fondu və “Mingəçevir” futbol klubunun təşkilatçılığı, FIFA Fondunun maliyyə dəstəyi ilə Mingəçevir şəhərində növbəti “Yay düşərgəsi”nə start verilib.

Yelo Bank, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan düşərgənin açılışında Fondun icraçı direktoru Tural Piriyev və klubun İdarə Heyətinin sədri Ruslan Həmidov çıxış edərək iştirakçıları salamlayıblar.

Qeyd edək ki, yeddi gün davam edəcək düşərgədə aztəminatlı ailələrdən olan 40 nəfər uşaq iştirak edir.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678