Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdədə paytaxt sakinini bıçaqlayan şəxs saxlanıldı

31 Baxış

Bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678