Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ermənistanda total hücum başlayır: xüsusi orqanlar hərəkətə keçir?

43 Baxış

“Ermənistan hakimiyyəti ölkədə rusiyayönlü müxalifətin total təmizlənməsinə qərar verib…”

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ən böyük teleqram kanallarından biri BRIEF yazır.

“Yaxın gələcəkdə Ermənistanın hüquq-mühafizə və xüsusi xidmət orqanları rusiyayönlü partiya və hərəkatların fəallarını bir neçə səs-küylü həbslər keçirə bilər. Eləcə də Moskva ilə əlaqə saxlayan yerli media menecerləri”.

Xatırladaq ki, Ermənistanda rusiyapərəst erməni bloger Badalyanın və “Sputnik Ermənistan” radiosunun müşahidəçisi Gevorkyanın saxlanılıb.

Rusiyanın Ermənistandakı səfirliyi buna belə reaksiya verib: “Biz saxlanılanların taleyindən narahatıq, baş verənlərin şəraitini aydınlaşdırmaq üçün addımlar atacağıq”.

Ermənistan İstintaq Komitəsi onların odlu silahın qanunsuz dövriyyəsinə görə saxlanıldığını bildirib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678