Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sağlamlıq imkanları məhdud olan uşaqlarla necə davranmalı? FOTOLAR

52 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə 08 sentyabr 2023-cü il tarixdə “ Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək ”ictimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi Sağlamlıq İmkanları Məhdud olan uşaqların sosial reabilitasiya məsələləri və valideynlərin maarifləndirilməsi “adlı layihənin fəaliyyət planına uyğun olaraq növbəti görüşünü keçirib.

Saytımıza verilən məlumata görə görüşü açıq elan edən layihə rəhbəri Eyyub Həsənov bildirib ki, bugünkü tədbrin əsas mövzusu sağlamlıq imkanları məhdud olan uşaqlarla necə davranmağın yollarını öyrətmək məqsədi ilə valideynləri məlumatlandırmaqdır. Çünki inkluzv təhsilə ehtiyac olan uşaqların valideynlərinin maarifləndilməsi və uşaqlarla düzgün psixoloji münasibətlərin qurulması olduqca önəmlidir.

Təlimdə iştirak edən təcrübəli pedoqoq – mütəxəssis Dilşad İlyasova fiziki qüsurlu uşaqlarla ünsiyyətin qurulmasındakı incə və həssas məqamlara toxunub. Mütəxəssisin sözlərinə görə uşaq yersiz və davamlə tənqid edilərsə, o başqalarını günhlandırmağı öyrənir. Qorxu hissi ilə yaşayan uşaq həyəcanlı olur. Təhlükəsizlik hissi ilə yaşayan uşaq isə özünə inanmağı öyrənir.

Layihənin ekspertlərindən biri, psixoloq Reyhan Allahverdiyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarda etimad hissinin formlaşdırılmasından,sevgi hissinin aşılanmasından və sağlam düşüncə ilə əhatə olunan mühitdən danışıb. Valideynləri övladlarına münasibətdə təmkinli, səbrli və anlayışlı olmağa səsələyib. Sonra çay süfrəsi ətrafında valideynləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı ekspertlərlə fikir mübadiləsi aparılıb. Təkliflər səsləndirilib, valideynlərin təklifləri, fikirləri yazılı şəkildə toplanıb. İştirakçılar görüşü faydalı hesab edib və bu qəbildən olan layihələrin davamalı olmasını arzulayıblar.

Tədbrin sonunda bütün iştirakçılara məlumat vərəqələri və mütəxəssislər tərəfindən hazırlanan kitabçalar paylanılıb.

Qeyd edək ki,layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və inküliziv təhsil məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək,habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan problemlərin qarşısını almaq istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir.

Esmira Hidayətova.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678