Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Azəristiliktəchizat”da 108 milyondan çox YIĞILMIŞ ZƏRƏR

57 Baxış

“Azəristiliktəchizat” ASC-nin yığılmış zərəri ötən ilin yekununda 108,416 mln manata çatıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu, 2021-ci ilin yükunu ilə müqayisədə 8,29 mln manat və ya 8,3% çoxdur.

Ötən il dövlət tərəfindən quruma kapital qoyuluşu illik müqayisədə 0,4% artırılaraq 55,609 mln manat olub.

Nizamnamə kapitalı 136,685 mln manat olan “Azəristiliktəchizat” ASC-nin cəmi kapitalı 2021-ci ilin yekunu ilə müqayisədə 8,8% azalaraq ötən ilin sonunda 83,878 mln manata enib.

Qurumun cəmi aktivləri 2% azalaraq 151,863 mln manata, cəmi öhdəlikləri isə 20% artaraq 67,984 mln manat olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678