Hər il 700 min insan özünü öldürür
7 Baxış

Hər il 700 mindən çox insan intihar etməklə həyatına son qoyur.
Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir.
“İntihar ciddi ictimai sağlamlıq problemidir. Hər il 700 mindən çox insan öz həyatına son qoyur. Bu, 15-29 yaşlı insanlar arasında dördüncü ölüm səbəbidir. Hər bir insan itkisi təkcə özlüyündə faciəvi deyil, həm də ailələr və bütün cəmiyyət üçün də dərin və dağıdıcı nəticələrə malikdir”, – bəyanatda deyilir.
Bildirilir ki, intiharlar çoxsaylı, mürəkkəb və kəsişən sosial, iqtisadi, mədəni və psixoloji amillər və problemlərlə əlaqələndirilə bilər.