Daha çox bu ixtisaslara üstünlük verilir
6 Baxış

Dövlət Proqramı doktorantura təhsil səviyyəsi üzrə ölkənin siyasi-iqtisadi inkişafı üçün 17 prioritet ixtisas istiqamətini, 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı isə 15 prioritet ixtisas istiqamətini əsas götürərək qəbul həyata keçirir.
Turanmedia.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Dövlət Proqramı idarəetmə qrupunun rəhbəri Turan Topalova söyləyib.
Onun sözlərinə görə, bütün ixtisaslar üzrə müraciətlər var:
“Daha çox müraciətlər texniki ixtisaslar üzrə qeydə alınıb. Ölkələrə münasibətdə isə daha çox Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya, İtaliya kimi ölkələrə müraciətlər üstünlük təşkil edir”.