Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TÜRK OLMASI ŞÜBHƏLİ OLAN SƏFƏVİLƏR VƏ QACARLAR SÜLALƏLƏRİ. ONLARIN ÜMUMİ AZƏRBAYCAN ÜÇÜN YARATDIĞI VƏ BU GÜNƏ QƏDƏR DAVAM EDƏN PROBLEMLƏR.

75 Baxış

TÜRK OLMASI ŞÜBHƏLİ OLAN SƏFƏVİLƏR VƏ QACARLAR SÜLALƏLƏRİ. ONLARIN ÜMUMİ AZƏRBAYCAN ÜÇÜN YARATDIĞI VƏ BU GÜNƏ QƏDƏR DAVAM EDƏN PROBLEMLƏR.

Səfəvilər və Qacarlar adlı bu iki sülalə zahirdə özlərini “Türk” adlandırsalar da belə, lakin çox böyük bir təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, onların ali Türk millətinə heç bir dəxli və aidiyyatı yox idi. Sadəcə olaraq, hakimiyyətə gəlmək və Azərbaycan səltənətinə yiyələnmək üçün türkün adından, türklərdən və türklərin qılıncından istifadə etdilər.

Onsuzda, Səfəvilər sülaləsi hakimiyyətə gəldikləri ilk gündən etibarən elə bizlər üçün ilk növbədə məhz sırf məzhəb problemini yaratdılar. Bu, elə bir mənəvi dərddir ki, Qiyamət gününə qədər davam edəcək.

İkinci problem isə qardaş qırğını idi. Osmanlı imperiyası ilə Azərbaycan arasında böyük, qanlı müharibələr oldu, bir-birlərinin qanını tökdülər. Axı bu, kimə lazım idi? Əlbəttə ki, buna sevinən və bundan xeyir götürən avropalılar oldu. Venesiya krallığının, Roma papasının fətvalarına uyan Şah İsmayıl Xətai ilk dəfə kütləvi qardaş qırğınına yol açdı. Heç şəkk-şübhəsiz ki, bu, onun tarixdə silinməz iz olaraq buraxdığı çox böyük və bağışlanılmaz bir səhv idi.

Onun ən böyük tarixi səhvi isə əvvəldə qeyd etdiyim kimi, sünni-şiə münaqişəsini ərsəyə gətirməsi oldu. O sünni-şiə münaqişəsi ki, bu gün də davam edir və farslar həmin məzhəb ayrı-seçkiliyindən istifadə edərək müqəddəs vətənimizə zərbə vurmağı, bu ölkədə Şiə məzhəbindən olan cahil, savadsız adamların vasitəsilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyirlər. Farslar özləri heç vaxt islampərəst olmamışdırlar. İkinci İslam xəlifəsi olan Həzrəti Ömərin(r.a) zamanında İran fəth olunaraq orada İslam dini yayıldı deyənə, bu günləri farslar din adı altında Ömərə lənət oxutdururlar. Halbuki, Ömərə oxunan lənətin din ilə əsla və heç bir əlaqəsi yoxdur. Əksinə, bu, İslam dininin İran ərazisində yayılaraq farsların milli heysiyyatına toxunulmasından qaynaqlanır.

Səfəvilər sülaləsi hər zaman özlərini “İran şahı” hesab etmişdirlər. Onların Azərbaycana bağlılığı olmamışdır. Əgər elə olsaydı, o zaman, dövlətin paytaxtı fars torpağında yox, Azərbaycan torpağında olardı.

Əgər fikir vermisinizsə, Səfəvilər dövlətinin tarixinə(1501-1732) baxsaq, görərik ki, onlar heç zaman Osmanlı imperiyası kimi yalnız xristianlar və avropalılar ilə vuruşmamışdırlar. Səfəvilər sülaləsinin tək dərdi türklər və müsəlmanlar olub.

Qacarlar sülaləsi də yeritdikləri ümumi siyasət baxımından elə Səfəvilər sülaləsinin tayı olub. Yəni onların arasında heç bir fərq olmamışdır. Qacarlar sülaləsinin ən bağışlanılmaz günahı isə gözəl, doğma Azərbaycanımızın iki yerə bölünməsində canfəşanlıq etmələri, torpaqlarımızın iki yerə bölünərək ömürlük fars torpaqlarına qatmaları və qardaşı qardaşa, bacını qardaşa, qardaşı isə bacıya həsrət qoymaları oldu.

Yəni bu günləri onlardan – Səfəvilər və Qacarlar sülalələrindən ağızdolusu danışmağa heç bir lüzum və ehtiyac yoxdur! Çünki, onların nə Azərbaycanımıza və nə də ki, xalqımıza heç bir xeyiri olmamışdır!

Azərbaycanımızın, xalqımızın üzünü ağ edən təkcə Varaz Qriqor oğlu Albaniyalı Cavanşir, Babək Xürrəmidin, böyük fateh Nadir şah Əfşar və Gəncə hökmdarı Cavad xan Ziyadxanoğlu olmuşdur.

Allah onlara qəni-qəni rəhmət etsin! Amin!

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678