Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

19 yaşında şəhidlik zirvəsinə ucalan Tərlanın bu gün anım günüdür.

116 Baxış

Ermənilərin Azərbaycan dövlət sərhəddinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən 2022-ci il sentyabrın 12-dən 13-nə gecə Rzayev Tərlan Pərviz oğlu şəhid olub. O, doğulduğu Mingəçevir şəhərində torpağa tapşırılıb. Bu gün şəhidin anım günüdür. Şəhidlər xiyabanında məzarı başına toplaşan şəhidin valideyinləri,doğmaları,Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Seymur Hidayətov və şəhid ailələri ,qazıilər şəhidin məzarını ziyarət edib ruhuna dualar oxuyublar. Mərasimdə iştirak edən Seymur Hidayətov vurğulayıb ki, şəhid Tərlanın timsalında vətən uğrunda canını fəda edən bütün oğulların etdiyi fədakarlıq xalqımız üçün qiymətlidir. Bu gün hər birimizin ən böyük vəzifəsi torpaqlarımızı azadlığa qovuşduran igid vətən oğullarının xatirəsini yaşatmaq, gələcək nəsillərə ötürməkdir.
19 yaşında şəhidlik zirvəsinə ucalan Tərlan Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678