Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Səkinə Sadıxova növbəti görüşünü Uşaq Xəstəxanasında keçirib

59 Baxış

Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Səkinə Sadıxova tibb müəssisələrində görüşləri davam etdirir.

Turanmedia.az bu haqda 14 sentyabr tarixində xəbər verir.

Növbəti belə görüş Uşaq Xəstəxanasında keçirilib. Burada direktor müavini Arzu Bəndəliyeva, müvafiq şöbə və bölmə rəhbərləri iştirak ediblər. Xəstəxananın baş həkim əvəzi Esmira Hüseynova rəhbərliyi altında olan tibb ocağının sutkalıq fəaliyyətindən söz açıb.

Qeyd olunub ki, xəstəxana Sumqayıtda 110 mindən çox uşağa xidmət göstərir. Müəssisənin təcili tibbi yardım şöbəsi müasir tələblərə uyğun qurulub. Digər şöbələrdə də müvafiq işlər görülür.

Görüş zamanı şöbə rəhbərlərinin gündəlik hesabatları, tibbi personalın avadanlıq, cihaz, dərman, tibbi sərfiyyat üzrə təchizat və təminat kimi məsələlərlə bağlı müraciətləri dinlənilib.

Direktor Səkinə Sadıxova çıxışında kadr potensialının gücləndirilməsinin, tibb personalının peşəkarlığının artırılmasının vacibliyini vurğulayıb. O, həmçinin pasiyent məmnunluğunun ən vacib şərtlərdən biri olduğunu qeyd edib. Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti şöbə rəhbərlərinə zəruri tapşırıqlar verilib.

Sonda tibbi personalı maraqlandıran suallar cavablandırılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678