Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İrəvan küçələrində “Qarabağ Azərbaycandır” yazısı – FOTO

56 Baxış

İrəvan küçələrində Ermənistanın hakim partiyasının emblemi, baş nazir Nikol Paşinyanın portreti və erməni dilində “Qarabağ Azərbaycandır və nöqtə” yazıları olan posterlər yayılıb.

Turanmedia.az xəbər verir ki, müvafiq görüntülər “Telegram” kanallarında yayımlanıb.

Bildirilir ki, İrəvan küçələrinə yüzlərlə belə posterlər yerləşdirilib. Aksiya hakim partiya tərəfdarlarının paytaxt meri vəzifəsinə namizədinə dəstək məqsədilə dünənki yürüşündən sonra (seçkilər sabah keçiriləcək) baş tutub. Posterlərin kimlər tərəfindən yayıldığı məlum deyil.

Bildirilir ki, posterlərin dizaynı, o cümlədən rəngi və şriftləri hakim partiyanın təbliğat materiallarının üslubu ilə eynidir.(modern.az)


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678