Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azər Zeynalov ciddi siyasi səhvə yol verib – Onun paylaşımı bu ölkə ilə münasibətləri gərginləşdirə bilər

44 Baxış

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Azər Zeynalov sosial şəbəkə hesabında bütöv Azərbaycanla bağlı paylaşım edib.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, ulu öndər Heydər Əliyevin bir tarixi çıxışından istifadə olunaraq hazırlanan videoçarxda bötöv Azərbaycanın xəritəsi də yerləşdirilib.

Naxçıvan Muxtar Respublikasının faktiki rəhbərinin bu paylaşımı olduqca diqqətçəkicidir. Videoçarxdakı xəritədə İranın Tehran, Qum kimi şəhərləri də Azərbaycan xəritəsi daxilində verilib. Azərbaycanla İran arasındakı gərgin münasibətlərin normallaşdırılması istiqamətində ciddi addımların atıldığı bir vaxtda ölkəmizdə kifayət qədər yüksək vəzifə sahibinin bu paylaşımı birmənalı qarşılanmayacaq. Çünki bu, İran ərazilərinə iddia etməkdir. Azər Zeynalovun bu paylaşımı İran tərəfindən Azərbaycan dövlətinin, yaxud Naxçıvan Muxtar Respublikasının rəsmi mövqeyi kimi anlaşıla bilər.

Ali Məclis sədrinin birinci müavini daha bir ciddi siyasi səhvə yol verib. Videoçarx Türkiyənin məşhur serialı “Kurtlar vadisi”nin musiqisindən istifadə olunaraq hazırlanıb.

Maraqlıdır, 20 ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsində çalışan, siyasi baxımdan kifayət qədər yetkin bir şəxs niyə belə ziddiyyətli paylaşım edib? Əgər Azər Zeynalov bu paylaşımdakı xəritənin mənasını, siyasi baxımdan ölkəmizə verə biləcəyi ziyanı anlamırsa, o zaman uzun illərdir, necə muxtar respublikanın ikinci rəhbər vəzifəli şəxsi statusunu daşıya bilib?

Yəqin ki, birinci sualın cavabını Azər Zeynalovun özündən başqa heç kim bilmir. İkinci sualın cavabını isə Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovdan və Zeynalovun bu vəzifədə qalmasında maraqlı olan şəxslərdən soruşmaq lazımdır.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678