Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan əsgəri sizi xilas etməyə gəlir – Ermənilərə müraciət

38 Baxış

“Azərbaycan əsgəri xilaskardır! Sizi hərbi xuntanın əsarətindən xilas etmək üçün gəlir!”

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan ordusunun Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməniəsilli sakinlərə müraciətində əksini tapıb.

“Azərbaycan əsgəri heç vaxt dinc insanlara atəş açmır. Azərbaycan ordusu sizi cinayətkarların əlindən qurtarmağa gəliblər. Müqavimət göstərməyin, Azərbaycan dövləti sizin təhlükəsizliyinizə zəmanət verir”, – müraciətdə deyilir.

Müraciətdə həmçinin qeyd olunur ki, təhlükəsizliyiniz sizin üçün ən düzgün qərardır: “ Təhlükəsiz yaşamaq istəyirsinizsə, ətrafınızı Ermənistan ordusunun bölmələrindən təmizləyin, onların geri – Ermənistana qayıtması üçün dirəniş göstərin. Qeyri-qanuni hərbi dəstələri silahlarını yerə qoymağa, müqavimət göstərməməyə məcbur edin. Qarabağda qanunsuz silahlı dəstələrin, cinayətkarların mövcudluğuna son qoyulmalıdır. Bilirik ki, zülmün, qorxunun, qeyri-müəyyənliyin bitməsi sizin də arzunuzdur. Bu arzunun gerçəkləşməsi, sülh, rifah və birgəyaşayış üçün çalışın.

Qarabağda bir nəfər də olsun qanunsuz hərbçi qalmayacaq, hamısı tərkisilah olunacaq. Əgər sizi qanunsuz silahlı dəstələrə cəlb ediblərsə, 44 günlük müharibəni yada salın və başa düşün ki, Azərbaycan Ordusuna müqavimət mənasızdır. Silahı yerə qoyun və təslim olun. İndi emosiyalara deyil, ağıla üstünlük vermək zamanıdır”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678