Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İki gün sonra nişanı olacaq polis Şamaxıda dəfn olunub

27 Baxış

Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşının nəşi Şamaxı rayonuna gətirilib.

Turanmedia.az Apa-ya istinadən xəbər verir ki, Şamaxı şəhərindəki Cümə məscidinə cənazə namazı qılınıb.

Daha sonra şəhid polis Şamaxının Qəleybuğurd kəndinin qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.

Qeyd edək ki, əslən Şamaxının Qəleybuğurd kəndindən olan Abdullayev Seyfi Fəqan oğlu 1994-cü il sentyabrın 22-də anadan olub.

Sentyabrın 22-də doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.

O, ötən gün Füzuli rayon ərazisində baş verən ağır yol qəzasında həlak olub. Onunla yanaşı qəzada daha iki polis həlak olub, 6 nəfər xəsarət alıb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678