Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paşinyan niyə “Ermənistan müharibə aparmayacaq” dedi?

50 Baxış

Ötən gün Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındakı terrorçu və qanunsuz silahlı birləşmələrə qarşı antiterror tədbirlərinə başlayandan dərhal sonra Ermənistandan verilən iki mühüm bəyanat oldu:

1. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə heç bir gərginlik olmadığını, tam sakitlik olduğunu bildirdi;

2. Ermənistan Baş naziri Nikol Paşinyan TŞ-nin iclasında Azərbaycana qarşı müharibə aparmayacağını bildirdi.

Ermənistan MN-in sərhədlə bağlı açıqlaması başlayan antiterror tədbirlərinin Ermənistanın suveren ərazilərinə heç bir aidiyyətinin olmadığının izahı idi.

Nikol Paşinyan isə cəmi 3 gün öncə Avropa mediasına açıqlamasında Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqlədiyini bildirmişdi. Beləliklə, Ermənistanın Azərbaycanın öz sərhədləri daxilində keçirdiyi antiterror tədbirlərinə müdaxiləsi birbaşa Azərbaycana müharibə elan etməsi demək idi və bu, işğalçı müharibə olacaqdı.

Əgər Paşinyan hərbi müdaxiləyə cəhd etsəydi:

1. Azərbaycan Ermənistanın müdaxilə cəhdinə qarşı dərhal tədbirlər görəcəkdi;

2. Azərbaycan Ordusunun gücü imkan verəcəkdi ki, müharibəni Ermənistanın daxilinə keçirsin;

3. Ermənistanın Azərbaycana müharibə elan etməsi əsas gətirilərək, Ermənistan daxilində bufer zonanın yaradılması üçün Ordumuz hərəkətə keçəcək və ən azı 30 km dərinlikdə bufer zona – təhlükəsizlik zolağı yaradılacaqdı.

Bu ssenari daha sonra həmin ərazilərə Qərbi Azərbaycandan qovulan azərbaycanlıların qaytarılmasına qədər davam edən danışıqların müzakirə predmeti olacaqdı.

Rusiya və İranın bu prosesə hər hansı müdaxiləsi isə mümkünsüz idi:

1. Müharibəyə başlayan və Azərbaycan ərazilərinə girməyə çalışan Ermənistan ordusudur;

2. Azərbaycan müdafiə tədbirləri görür və özünü qoruyur;

3. Üçüncü qüvvələrin hər hansı cəhdi Şuşa Bəyannaməsinin aktivləşməsi deməkdir – Türkiyə ordusu dərhal müdaxilə edəcəkdi və heç də Naxçıvandan yox – birbaşa Ermənistanla sərhəddən!

Bunu antiterror tədbirlərinin ilk dəqiqəsindən Türkiyə Silahlı Qüvvələrinin, XİN başçısının rəsmi açıqlaması və Türkiyə lideri Ərdoğanın BMT TŞ-dəki məşhur çıxışı da təsdiqlədi.

Bu, artıq NATO dövlətinin hərbi baxımdan Cənubi Qafqaza legitim girişi olacaqdı ki, buna imkan verməmək üçün İran bəyanatlarla kifayətlənməyə məcbur idi.

Görünür, bütün bunları Paşinyana Tehrandan da izah ediblər və ona görə də Ermənistan “ən real yolu” seçmək məcburiyyətində qaldı.

Yəni bütün mənfi ssenarilər detallarına qədər nəzərə alınaraq, antiterror tədbirlərinə başlanılıb. İstənilən müdaxilə isə Azərbaycanın milli maraqlarının təmini baxımından daha üstün mövqeyə qaldıra bilər.

Bu baxımdan antiterror tədbirlərinin kimsənin müdaxiləsi olmadan sürətli və uğurlu şəkildə qısa müddətdə başa çatacağı, torpaqlarımızda separatizmin kökünün tam olaraq kəsiləcəyi ehtimalı yüksəkdir.

Axı İlham Əliyev bilir: nəyi, nə vaxt və necə etmək lazımdır!

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678