Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məşhur jurnalistlər ATV-nin efirində – VİDEO

30 Baxış

Yeni mövsümə iddialı başlamağı qabağına şərt qoyan ATV telekanalı növbəti dəyişikliyini izləyicilərlə bölüşüb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, telekanal iki məşhur simanı heyyətinə qatıb.

Belə ki, Kübra Məhərrəmova və Sərdar Amin artıq ATV-nin efirində görünəcəklər.

Məşhur simalar telekanalda həftə içi 5 gün saat 07:30-da “Xəbərin olsun” səhər proqramı ilə tamaşaçıların qarşısında olacaq.

ATV-nin yeni proqramının anonsu artıq efirdə yayımlanır.

Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı “ATV Səhər” adlanırdı.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678