Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ÖLKƏDƏ YENİ XƏSTƏ DÜŞÜNCƏ: FEMİNİZM

85 Baxış

ÖLKƏDƏ YENİ XƏSTƏ DÜŞÜNCƏ: FEMİNİZM

Sözün həqiqi mənasında, keçmişdəki, yəni haradasa 300 il əvvəlki Azərbaycan qadınları ilə indiki Azərbaycan qadınları arasında, deyərdim ki, yer ilə göy qədər fərq vardır. Əlbəttə, 5-10 faiz namuslu xanımlar vardır ki, onların bu mövzuya əsla dəxli və aidiyyatı yoxdur.

Söhbət yaşından asılı olmayaraq, “Feminizm” cərəyanına bənd olan başıpozuq qadınlardan, səfeh qızlardan gedir. Onlar “Gender bərabərliyi!”, “Qadın zorakılığına son!” və s. şüarlar ilə çıxış edirlər. Halbuki, indiki dövrdə bir çox evlərdə ağalığı qadınlar edir, hətta arvadından qorxan, onun sözü ilə oturub-duran kişilər də vardır. Əslində, bunun sayı kifayət qədər çoxdur. Belə olduğu təqdirdə, o zaman, bu qadın zorakılığı-filan haradan çıxdı?! Daha bilmirəm.

Bundan əlavə, feministlərin düşüncəsinə görə, belə çıxır ki, yəni onların sözündən bu, qaynaqlanır ki, evli qadın belə, azad və sərbəstdir. Belə çıxır ki, üzr istəyirəm bu ifadəmə görə, deməli, bir qadın əri olmasına baxmayaraq, özünə əlavə 2-3 aşna da tapa bilər. Çünki, “O, qadındır!”

Görün, Azərbaycan qadını-qızı nə gündədir?! Necə oldu ki, bizlər bu yerlərə qədər gəlib çıxdıq?! Namusu, qeyrəti əllərində fırladırlar. Görün, kimlər Azərbaycan qadınının taleyini, Azərbaycan qadınının həyat tərzini müəyyən edir! Feministlər: başıpozuq, səfeh, əxlaqdan bixəbər qadın dəstəsi……… Sözün həqiqi mənasında, olduqca çox böyük bir biabırçılıqdır!

Feminizm düşüncəsinin Azərbaycana və xanımlarımıza heç bir dəxli və aidiyyatı yoxdur! Bunu birdəfəlik anlamaq lazımdır. Anlamaq istəməyən, daha doğrusu, anlamayan, demək ki, Azərbaycan türkü deyil!

Mən çox gözəl başa düşürəm. Çünki, Azərbaycanımız o qədər işğallara, orta əsrlərdə o qədər köçürmə siyasətinə məruz qalmışdır ki, artıq soy-kök zədələnmiş, dəyişdirilmiş və xalq dili ilə desək, bütün hər şeyin içərisinə zibil olmuşdur! Üzr istəyirəm bu ifadəmə görə, lakin bir vətəndaş kimi və bir Azərbaycan oğlu kimi gördüyüm qeyri-milli ənənələr, düşüncələr, tərz məni də mənəviyyatca məyus edir. Çünki, əsil Azərbaycan xalqının, Dədə Qorqudun miras qoyub getdiyi millətimizin namusu, qeyrəti bütün dünyaya bəllidir!

Ancaq bu günləri adını yaza bilməyən, ailənin nə olduğunu anlamağa səviyyəsi çatmayan bir dəstə qız ortaya düşərək qadın azadlığından, gender bərabərliyindən dəm vurur. Hələ başqa saf qızları, qadınları da yoldan çıxardaraq öz gic təriqətlərinə cəlb etmək istəyirlər. Onsuzda, onlara qoşulanlar da elə məhz sırf onların tayıdır. Əlbəttə ki, əsil ailə tərbiyəsi görmüş, namuslu, qeyrətli, abırlı-həyalı qızlar sakitcə öz həyatlarını yaşayır və ailələrinin onlar üçün qoyduğu ailədaxili qayda-qanuna adam kimi riayət edirlər.

Bu günləri görürsən ki, heç bir gün deyil ki, evlənib, lakin, buna baxmayaraq, artıq Facebook, Twitter, Instagram kimi müxtəlif sosial şəbəkələrdə şəkillər paylaşır. Sizcə, bu, nə deməkdir? Sosial şəbəkələrdə o qədər tərbiyəsiz, əxlaqsız, murdar gədə-güdələr vardır ki, həmin qızın və ya qızların şəkillərinə baxaraq ürəyindən cürbəcür arzular keçir. Bunları nəzərə almaq bu qədərmi çətindir?! Buna da bəhanə taparaq “Hər kəs elə deyil!”, “Şəkil paylaşan evli qadın diqqətlidir!” kimi yersiz əsaslar gətirirlər. Təbii ki heç də onların fikirləşdikləri kimi deyildir! Evli qadına heç mobil telefon da vermək düzgün deyildir. Evli qadın evlənmişdirsə, ailə həyatı qurmuşdursa, ayağını sındırıb evində oturmalı, ev işləri ilə məşğul olmalı və öz ərinin, uşaqlarının qayğısına qalmalıdır; övladlarının tərbiyəsi, dərsləri ilə məşğul olmalıdır.

Əlbəttə ki, indikilər üçün bu cür düşüncə tamamilə yad və dəxlisizdir. Çünki, indikilər Avropa, Qərb düşüncəsi ilə yaşayır. Ona görə də, cəmi 2 həftə və ya 1 ay evli olub, sonra da ki, boşanırlar. Bədbəxt olan da məhz sırf körpələr olurlar.

 

Ərtoğrul Mehdizadə


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678