Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu gün Lənkəranda qaz olmayacaq

49 Baxış

Bu gün Lənkəran rayonunun qaz təchizatında fasilə yaranacaq.

Turanmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar sentyabrın 27-də saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində quraşdırılmış qaztənzimləyici qurğunun yenisi ilə əvəz olunması, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən cəzaçəkmə müəssisəsinin qazlaşdırılması ilə bağlı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Lənkəran 1 və 2”, “RVU-2” (Lənkəran) ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678