Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bunların planı var idi Bakıda Xəzər dənizində çimsinlər”

30 Baxış

“Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu, bizim qırmızı xəttimiz idi”.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, heç kəs ona qədər belə bir ifadə işlətməmişdi:

“Bu da təbii ki, atəşkəsin pozulması idi. Yəni, əhəmiyyətsiz, mənasız danışıqlara nə ehtiyac var?

Ermənistanın rəhbəri rəsmi şəkildə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsini Ermənistana məxsus olduğunu deyirsə, burada hansı danışıqlardan söhbət gedə bilər?

Yenə də, buna baxmayaraq, biz hesab edirdik ki, bu, siyasi yanlışlıqdır.

Lakin bundan sonra Ermənistanın müdafiə naziri bəyan etdi ki, Ermənistan bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır. Yəni, onlar bizi yeni işğalla hədələyirdilər. Bizim ərazimizin 20 faiz işğalı onlara belə çıxır ki, kifayət etmirdi. Bunların planı var idi Bakıya çatsınlar, hətta Xəzər dənizində çimsinlər. Onların Bakıya tanklarla gəlmək niyyəti var idi. Amma Ermənistana məxsus parklar bu gün bizim Qənimətlər Parkında nümayiş etdirilir”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678