Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qənirə xanım həyatda unudulmaz, fərəh doğuran xatirələri ilə əbədi yaşayacaq

85 Baxış

Qənirə xanım həyatda unudulmaz, fərəh doğuran xatirələri ilə əbədi yaşayacaq.

Məğrur, əsl Azərbaycan xanımının portreti olan bir xanımın vəfatı hər bir azərbaycanlını göynədir. Bütün fəaliyyəti xeyirxahlıq, dövlətçilik missiyası üzərində qurulan bu insan istər jurnalistlik, istərsə də millət vəkili kimi fəaliyyətində insanlarla hər bir görüşü unudulmaz, fərəh dolu xatirəyə dönüb. Mənim Qənirə xanımla unudulmayan görüşüm “Məndən sonra” kitabım ilə bağlı olmuşdur.

İlk olaraq onu yazmaq istəyirəm ki, Qənirə xanımla ilk görüşüm Milli Qəhrəman Mübariz İbrahimovun qardaşı Bəhruz İbrahimovun toy mərasimində Biləsuvar rayonunda olmusdu. Məclisin aparıcısı mən idim. Bakıdan və başqa rayonlardan da qonaqlar var idi. Məclis arasında Qənirə Paşayeva şadlıq evinə daxil olub Bəhruz bəylə görüşdü. Məclisdə qadınlar olmadığı üçün  Qənirə xanım məclisi tərk etmək istəyirdi. Ona yaxınlaşdım və təbrikini mikrafonla deməyini xahiş elədim. Həqiqətən xahişimi qəbul elədi və bir daha gözəl sözlərlə, dualarla Bəhruz bəyi təbrik edib məclisi tərk elədi.

2009-cu ildə “Məndən Sonra” kitabım isıq üzü görmüşdü. Bakı Muzey mərkəzində kitabın təqdimatı da keçirildi. İllər keçdikdən sonra məndə belə bir məlumat oldu ki, Qənirə Paşayevanın “Məndən sonra” kitabı çap olunur. Telefon nömrəsini tapdım və Qənirə xanıma zəng vurdub özümü təqdim elədim. Mənim də “Məndən sonra” kitabım olduğunu Qənirə xanıma söylədim. Təbii ki, bir necə dəqiqə səmimi söhbətimiz oldu. Sonra mənə belə bir söz dedi: “Müşfiq, əsas odur ki, sənin “Məndən sonra” kitabın mənim kitabımdan əvvəl cap olunub. Bu sənin xeyrinədir (güldü)”.

O, məni kitabının təqdimatına da dəvət elədi. Hətta təqdimatda “Məndən sonra” kitabları haqqinda söhbət açacağına da söz verdi. Bəzi səbəblərdən mən o təqdimatda iştirak edə bilmədim. Ancaq Qənirə xanım mənim həyatımda xoş xatirələrlə iz qoydu. Allahdan Qənirə xanıma rəhmət diləyirəm.

Müşfiq Malik Muğanlı,

AYB-nin üzvü


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678