Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağızdan sarımsaq qoxusunu aparmaq üçün həkimdən çarə

29 Baxış

Sarımsaq faydalı olsa da kəskin qoxusuna və utanc hissinə görə, süfrələrdən yığışıb. Sarımsağı tövsiyə edən həkimlər onun qoxusu ilə mübarizə barədə də açıqlama verib.

Turanmedia.az “Medicina”ya istinadən xəbər verir ki, həkim Tatyana Zaxarova son elmi araşdırmanın nəticələrini açıqlayıb.

“Alimlər müəyyən edib ki, sarımsaq yedikdən sonra yoqurt yeyilməsi(qatıq da olar) ağızdan sarımsaq qoxusunu aparır. Yoqurtda olan zülal sarımsaqda olan qoxu birləşməni üstələyir,
neytrallaşdırır. Sarımsaq qoxulu tənəffüsə qarşı digər metodlar- alma, təzə süd, nanə və kofedir.

Alimlər elmi iş zamanı şüşə butullara çiy sarımsaq qoyublar. Sonra bu butullara müxtəlif maddələr əlavə ediblər. Nəticələr göstərib ki, təkcə bir yoqurt 99% uçucu qoxu maddələrini kəskin azaldır,
xüsusilə yağlılıq dərəcəsi çox olan yoqurt sarımsaq qoxusu ilə daha güclü mübarizə aparıb.

Amma yoqurt bişmiş və ya qızarmış sarımsaqda qoxunu daha az azaldıb, nəinki çiydə.

Yunan yoqurtunda daha yüksək zülal birləşmələri var. Alma ilə sarımsaq qoxusunu aparmaq istəyirsizsə, onu gərək sarımsaq yeyəndən dərhal sonra yeyəsiz, bir müddət sonra yesəniz təsir olmur”.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678