Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“ Sağlamlıq İmkanları Məhdud olan uşaqların sosial reabilitasiya məsələləri və valideynlərin maarifləndirilməsi”adlı layihəyə yekun vurulub.

98 Baxış

Turanmedia.az xəbər verir ki, Mingəçevirdə 30 sentyabr 2023-cü il tarixdə “ Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək ”ictimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi Sağlamlıq İmkanları Məhdud olan uşaqların sosial reabilitasiya məsələləri və valideynlərin maarifləndirilməsi “adlı layihənin fəaliyyət planına uyğun olaraq layihənin yekunu ilə əlaqədar ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.
Görüşdə pedaqoqlar,ictimaiyyət nümayəndləri və media təmsilçiləri iştirak edib.
Tədbiri layihə rəhbəri Eyyub Həsənov açaraq bildirib ki, bugünkü görüşün əsas mövzusu layihənin yekunları barədə ictimaiyyəti məlumatlandırmaq və layihə çərçivəsində icra olunan fəaliyyətləri müzakirə etməkdir.
O həmçinin vurğulayıb ki, inkluzv təhsilə ehtiyac olan uşaqların valideynlərinin maarifləndilməsi və uşaqlarla düzgün psixoloji münasibətlərin qurulması məqsədi ilə Dilşad İlyasova, Reyhan Allahverdiyevanın müəllifi olduğu “Dinləyin,anlayın bizi” adlı məlumat kitabçası da nəşr olunub.
Tədbirdə iştirak edən pedoqoqlar-Dilşad İlyasova, Reyhan Allahverdiyeva sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv təhsilə cəlb olunmasının vacibliyindən danışıblar.İctimaiyyət nümayəndləri-Çingiz Nəzərov, Qalib Ağa və digərləri bildiriblər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu qəbildən olan layihələri davamlı olaraq maliyyələşdirsə, mövcud problemlərin həllində müsbət nəticələrə nail olmaq olar.
Media təmsilçiləri-İnqilab Şirinli, İxtiyar Həsənli və Esmira Hidayətova layihənin cəmiyyətimizin həsas qruplarından biri olan fiziki məhdudiyyətli uşaqlarala bağlı olmasını müsbət qiymətləndiriblər. Eyni zamanda “Dinləyin, anlayın bizi” məlumat kitabçanın valideynlərin maarifləndirilməsində rolunu qeyd ediblər.
Çay süfrəsi ətrafında davam edən müzakirələr zamanı bir sıra suallar cavablandırılıb və layihdə icra olunan fəaliyyətlərin gələcəkdə də davam etdirilməsi təklif olunub.
Tədbrin sonunda bütün iştirakçılara layihə çərçivəsində nəşr olunan “Dinləyin, anlayın bizi” kitabçası paylanılıb.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678