Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Bolt”da növbəti biabırçılıq – Sürücü əvvəlcə sərnişini təhqir etdi, sonra…

31 Baxış

“Hər dəfə “Bolt”dan şikayət eşidəndə, şükr edirdim ki, belə ciddi məsələ ilə qarşılaşmamışam. Ancaq bu gün yaşadığım hadisə məni şoka saldı”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bunu vətəndaş Zümrüd Hacıyeva sosial şəbəkədə yazıb.

“Saat 17:00-dan sonra Binəqədi Mədəniyyət evinin qarşısından Biləcəri qəsəbəsinə taksi sifariş verdik, gedişhaqqı 2.90 manat idi. Ünvana çatanda sürücüyə 5 manat verdim ki, qalığı qaytarsın. O isə bundan imtina etdi, səbəb kimi avtomobilin komfortlu olduğunu dedi. Məsələni aydınlaşdırmaq istədik, amma sürücü bizi təhqir edib, maşından düşürdü. Sonra isə sifariş verilən nömrəyə zəng edərək, yenidən təhqir edib, hədələdi. Avtomobilin dövlət qeydiyyat nişanı 77 AJ 160 idi”.

Turanmedia.az xəbər verir ki, “Bolt” şirkətindən Tms-ə bildirilib ki, şikayətlə əlaqədar qeyd olunan avtomobilin sürücüsü ilə əməkdaşlığa xitam verilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678