Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyə İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib

37 Baxış

Türkiyə İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını ən sərt şəkildə qınayır.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Hücumlarda həyatını itirən fələstinli qardaşlarımıza rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Birbaşa mülki insanları hədəf alan, xəstəxana və məktəbləri vuran zehniyyətin beynəlxalq hüquq və vicdan qarşısında cavab verməsi qaçılmazdır”, – XİN-dən bildirilib.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678