Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

8 və 9 yaşlı uşağın “nişan mərasimi”ni keçirən valideynlər saxlanıldı

29 Baxış

Türkiyədə Mardinin Kızıltəpə rayonunda “kiçik yaşda nişan mərasimi” edən iki uşağın valideynləri saxlanılıb.

Turanmedia.az-ın məlumatına görə, BiG.AZ türk mediasına istinadən xəbər verir ki, Qızıltəpə məhəlləsində baş verən, bəzi media orqanlarında və sosial media hesablarında yer alan “gənc yaşda nişanlanma” xəbərləri və yazılarla bağlı Mardin Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.

İstintaq çərçivəsində uşaqların valideynləri polis qrupları tərəfindən saxlanılıb. 4 şübhəli polis bölməsində araşdırılır. Qeyd edilib ki, sözügedən uşaqlar barəsində müvəqqəti həbs qətimkan tədbiri seçilib, uşaqlar mühafizəyə götürülüb, məsələ ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678