Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Elmira Süleymanova əməliyyat olundu – “Yaxşı deyiləm”

27 Baxış

“Səhhətimdə problem var, əməliyyat olunmuşam”.

Turanmedia.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

O, ölkədə baş verən bütün prosesləri izlədiyini söyləyib: “Xankəndiyə bayrağımızın sancılması sevindiricidir. Hamımızın gözü-qulağı orada idi. Çox şükür! Xalq olaraq, hər zaman o hisslərlə yaşamışıq”.

Sabiq Ombudsman hazırda Azərbaycan Ağsaqqalar Şurasının sədr müavini kimi fəaliyyət göstərdiyini də vurğulayıb: “Akademiyada da işlərimi davam etdirirəm. Hazırda səhhətimdə problem var. O qədər də yaxşı deyiləm. Əməliyyat olunmuşam”.

Qeyd edək ki, E.Süleymanova 1937-ci ildə anadan olub.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678