Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

18 nömrəli məktəbin şagirdləri Tarix muzeyini ziyarət ediblər

342 Baxış

18 nömrəli məktəbin şagirdləri Tarix muzeyini ziyarət ediblər.

Mingəçevir şəhərinin yaranmasının 75 illiyi münasibəti ilə şəhərin silsilə tədbirlər planına uyğun olaraq təhsil müəssisələrində tədbirlər keçirilir. Bu münasibətlə Mingəçevir şəhər 18 N-li tam orta məktəbin 3-a sinif şagirdləri və 2c sinif şagirdləri Mingəçevir şəhər Tarix muzeyinə ekskursiya ediblər. Şagirdlər muzeyin fəaliyyəti ilə yaxından tanış olub, burada qorunub saxlanılan eksponatlar və Mingəçevirdə aparılmış arxeoloji qazıntılar haqqında ətraflı məlumatlar əldə ediblər. Muzeyin əməkdaşları şagirdlərə tarixi-mədəni irsin qorunmasında muzeylərin əhəmiyyətli rolundan danışıblar. Daha sonra şagirdlər ulu öndərin abidəsini ziyarət edib önünə tər çiçəklər düzüblər. Balaca fidanlar ulu öndərin abidəsi önündə hazırladıqları vətənə,zəfərimizə,şəhərin ad gününə aid şeirlərini çox böyük həvəslə söyləyiblər. Sinif rəhbərləri Xatirə Fərzəliyeva və Xuraman Kərimova şagirdlərə Mingəçevir haqqında daha ətraflı məlumat veriblər.

Esmira Hidayətova,Mingəçevir


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678