Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

28 Baxış

Bakının Yeni Günəşli yaşayış massivində qəsdən adam öldürməkdə təqsirləndirilən Samir Kərimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Turanmedia.az olke.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, S.Kərimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin aprelində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü S.Kərimovun 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovu küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Kərimov həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678