Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müharibə veteranlarına fərq qoyulur – Təcili qanuna dəyişilik edilməli, onlar da…

29 Baxış

“Hesab edirəm ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməli və “Müharibə veteranı” adı olan işçilərin ödənişli məzuniyyət günləri artırılmalı, bu sahədə həmin işçilərə güzəştlər tədbiq olunmalıdır”.

Turanmedia.az Tns-ə istinadən xəbər verir ki, bu təkliflə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının eksperti Azər Quliyev çıxış edib.

Ekspert bunun səbəblərini belə izah edib: “Hazırda qüvvədə olan Əmək Məcəlləsində bu işçilər üçün əmək hüququ, vergi və digər sahələrdə güzəşt və təminatlar nəzərdə tutulsa da, məzuniyyət hüquqları sahəsində hər hansı güzəşt yoxdur.

Əmək fəaliyyəti ilə məşğul olan müharibə veteranlarına ödənişli məzuniyyətlər ümumi əsaslarla verilir.

Əmək Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) alan işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilməsi yaxşı haldır. Bu güzəştlərin müharibə veteranlarına da şamil olunması daha ədalətli deyilmi?

Əmək Məcəlləsinə görə, II Dünya müharibəsində iştirak etmiş hərbi qulluqçulara, işçilərə məzuniyyət – 46 təqvim günündən az olmayaraq verilir.

Niyə həmin müharibənin iştirakçıkarına, hətta hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara belə bu hüquq tədbiq olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş işçilərə bu güzəştlər tətbiq olunmur?

Bir faktı da qeyd edim ki, 1941-1945-ci illər müharibəsində iştirak etmiş, bu gün azı 100 yaşı olan hər hansı bir işçinin əmək fəaliyyəti ilə məşğul olmasına, məzuniyyət hüququndan istifadə etməsinə inanmıram”.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678