Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaddaşı güclü olan bürclər: bu 3 bürcü aldatmağa çalışmayın

35 Baxış

Bürclər insanın xarakterini əks etdirən ən müəyyənedici amillərdən biridir. Bir insanın xarakteri, davranışı və xüsusiyyətləri onun bürcündən asılı olaraq dəyişə bilər. Güclü yaddaş bəzi bürclərin ən fərqli xüsusiyyətidir. Yaddaşları sayəsində çox vacib bir şeyi ən əhəmiyyətsiz detala qədər asanlıqla xatırlaya bilirlər.

Turanmedia.az olke.az-a istinadən  güclü yaddaşları olan 3 bürc haqqında məlumatı təqdim edir.

1.Xərçəng

Xərçəng bürcü olan insanlar emosional və həssas insanlardır. Yaşadıqları bir çox şeyi fikir edirlər və onları unutmaqda çətinlik çəkirlər. Bu xüsusiyyətləri ilə əlaqədar olaraq məyus olduqları, xəyanətə məruz qaldıqları vaxtları xatırlayırlar.

Güclü bir yaddaşa sahibdirlər. İncindikləri zaman bu vəziyyəti həmişəlik yaddaşlarında saxlaya bilirlər. Xüsusilə uşaqlıq illərinin xatirələrini, qoxularını çox yaxşı xatırlayırlar və bu dövrdə yaşadıqları hadisələr bütün həyatları boyu öz əksini tapır.

2.Şir

Şir bürcü cəsur duruşları ilə yanaşı, xatirələri ilə də diqqət çəkir. Onlar yaşadıqları hadisələri və təcrübələri unutmurlar. Əlaqələrində yaşadıqları mənfi halları unutmurlar və bu münasibətlərinə mənfi təsir göstərə bilər.

Təcrübələrini xatirə kimi deyil, dərs kimi düşünərək daima yenilənmək üçün istifadə edirlər.

3.Əqrəb

Əqrəb bürcü olan insanlar ehtiraslı, intuisiya və güclü yaddaşa malikdirlər. Bu bürcün nümayəndələrinin xatirələri ilə dərin emosional bağları var. Buna görə də hadisələri çox aydın xatırlayırlar.

Yaşadıqları hadisə nə qədər əhəmiyyətsiz olsa da göz yaddaşları sayəsində onu aydın xatırlaya bilirlər.

Əqrəblər başqalarının heç xatırlamadığı əhəmiyyətsiz hadisələri belə tam təfərrüatı ilə xatırlayırlar.

 


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678